Yuxarı

Tənzilə Rüstəmxanlı Mərmərə Universitetində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tənzilə Rüstəmxanlının Türkiyədə Xocalı soyqırımının ildönümünə həsr olunmuş konfransları davam edir.

Axar.az-a Azəri–Türk Qadınlar İctimai Birliyinin informasiya xidmətindən daxil olan xəbərə görə, 2015–ci ilin aprel ayına qədər nəzərdə tutulmuş "Dağlıq Qarabağ: sözdə "erməni soyqırımı" məsələsində Azərbaycan və Türkiyəni birləşdirən məqamlar; Qərbi Azərbaycan (İndiki Ermənistandan deportasiya) problemi" adlı rəhbəri olduğu layihənin həyata keçirilməsi ilə əlaqədar Türkiyənin müxtəlif bölgə və nahiyələrində konfrans və görüşlər təşkil edən Tənzilə Rüstəmxanlı dünən İstanbul Mərmərə Universitetində "Son iki yüz il Azərbaycan həqiqətləri və Xocalı " mövzusunda çıxış edib. Son iki əsr həqiqətlərini dilə gətirən təşkilat rəhbəri Azərbaycan türklərinin dədə-baba torpaqları olan İrəvan mahalından zorla köçürülməsindən, Qərbi Azərbaycanda mərhələlərlə başa çatdırılan etnik təmizlənmənin millətimiz üçün fəlakətli nəticələrindən, son yüz ildə Azərbaycan türklərinin dəfələrlə ermənilər tərəfindən müxtəlif bölgələrdə soyqırıma məruz qalmasından, 31 Mart soyqırımı, Quba soyqırımlarının dəhşətlərindən danışıb.

Bu məqsədlə o, ATQB- nin ötən ilə aid layihələrindən biri olan müəllifi olduğu "İrəvandan Xocalıya; XX əsrdə Azərbaycan faciələri" adlı kitabı konfrans iştirakçılarına təqdim edib.

Universitetin müəllim və tələbə heyətinin böyük maraq göstərdiyi konfransa Azərbaycanın İstanbul baş konsulu Həsən Zeynalov da qatılıb.

Məruzəçilər Qarabağ məsələsi, Xocalı soyqırımı mövzusunda çıxış ediblər.

Tarix
2015.02.23 / 15:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla