Yuxarı

İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfi tanıyıb – Ermənistan və Azərbaycanı.

Axar.az xəbər bunu Trend-ə ATƏT Minsk qrupunun ABŞ-dan sabiq həmsədri Metyu Brayza Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində açıqlamalarını şərh edərkən deyib.

O bildirib ki, Minsk Qrupunun danışıqlarında yalnız Bakı və İrəvanın nümayəndələri iştirak ediblər: “Mən həmsədr olduğum müddətdə erməni tərəfi qondarma Dağlıq Qarabağ “nümayəndələri”nin iştirak etməsini istəyirdi, amma hər üç həmsədr bu müraciətləri qəbul etmirdi. Həmsədrlərin müqavimətindən sonra İrəvan bu tələbi irəli sürməyib”.

M.Brayza hesab edir ki, bu cür bəyanatlarla Ermənistan hökuməti Azərbaycanı qıcıqlandırmadan və danışıqlar masasında yaranan müsbət impulsu zərbə altına qoymadan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir.

Tarix
2020.02.19 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla