Yuxarı

Rusiya Ukraynanı itirsə, Qafqazda nə baş verəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ukraynanı itirsə, Qafqazda nə baş verəcək?

"Yaxın aylarda Qərbin sanksiyalarının Rusiyaya təsir göstərəcəyinə inanmıram. Sadəcə olaraq, Rusiya iqtisadiyyatı getdikcə təcrid olunacaq və inkişafdan geri qalacaq".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Politoloqun sözlərinə görə, Rusiya Ukrayna ilə geniş çaplı müharibəyə başlamayacaq, bu səbəblə lokal müharibədə Rusiya daha dayanıqlı formada hərəkət edəcək:

"Ukrayna böhranının, az ehtimal da olsa, ukraynalıların xeyrinə sona çatacağını fərz etsək, bunun da müxtəlif variantlarda ola biləcəyini qeyd etmək lazımdır. Belə ki, Ukrayna ərazilərinə sülhməramlı hissələr yerləşdirilə biləcəyi kimi, Ukrayna federal quruluşu mənimsəyə, ya da ki Krımın anneksiyasını da qəbul edə bilər. Belə bir ehtimalda isə Rusiyanın post-sovet məkanında mövqeyi və təsiri necə olacaq, Azərbaycanın vəziyyətinə, xüsusən də Dağlıq Qarabağ məsələsinə necə təsir göstərəcək sualı yarana bilər. Ağla gələn ilk sual budur - belə bir vəziyyət Azərbaycanın avro-atlantik məkanına inteqrasiyasını artıracaqmı? Bunun cavabı "xeyr" kimidir. Rusiya Ukrayna savaşını uduzsa belə, durumla razılaşmayacaq. Çünki Azərbaycana da təsir etmək üçün onun əlində hələ də DQ kimi bir münaqişə ocağı var. Bu riski gözə alıb "yaralı ayını" qıcıqlandırmağa dəyməz".

Politoloq Ukraynanı itirmiş Rusiyanın Qafqazdakı münaqişənin həllini getdikcə uzada biləcəyini bildirib:

"Çünki mövcud durumda o münaqişənin həllində qazanclı çıxa bilməz. Rusiya güclənəcəyi halda, Ermənistanı və Azərbaycanı özünə daha çox bağlaya biləcəyi bir şəraitdə münaqişəni həll edə bilər. Əks halda həlli uzadacaq".

Tarix
2015.02.24 / 09:19
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla