Yuxarı

Mənim bu uğurlu səfərim zamanı... - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosmik sənaye sahəsində əməkdaşlığın inkişafı da iqtisadiyyatımızın ümidverici sektorlarından biridir, həmçinin turizm. Azərbaycana gələn İtaliya vətəndaşlarının sayı artmaqdadır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharında çıxışı zamanı bildirib.

"Bir çox digər sektorlar da var. Başqa sözlə, güclü siyasi münasibətlər işgüzar dairələr üçün çox möhkəm zəmin yaradır. Bu güclü siyasi münasibətlər mənim uğurlu səfərim zamanı yenidən gücləndirildi. Ona görə də əminəm ki, qarşıdan gələn illərdə İtaliya şirkətləri Azərbaycanda ən fəal şirkətlər olacaqlar. Onların bəziləri ilə, - bu şirkətlərin nümayəndələri buradadır, - bizim artıq uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bəziləri ilə biz əməkdaşlığa başlamağı planlaşdırırıq. Əminəm ki, bugünkü işçi nahar çox məhsuldar olacaq və biz çox yaxşı nəticələri görəcəyik. Bir daha dəvət üçün təşəkkür edirəm. Əminəm ki, bizim müzakirələr zamanı hər iki tərəf üçün faydalı gələcəyimizi planlaşdıracağıq", - dövlət başçısı bəyan edib.

Tarix
2020.02.21 / 09:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla