Yuxarı

Parlament: “Yerli malları bahalaşdırmaq olmaz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parlament: “Yerli malları bahalaşdırmaq olmaz”

"Mərkəzi Bank fevralın 21-də çıxardığı qərarı ilə əhalini aldadıb. Bu qərarla əhaliyə külli miqdarda ziyan dəyib".

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili İqbal Ağazadə bildirib. Onun sözlərinə görə, ölkədə bazarı tənzimləyən qurumlar iş adamlarını süni qiymət artımına görə xəbərdar edirlər:

"Ancaq necə olur ki, 34 faiz bahalaşma olur? Niyə əhalinin cibinə girirlər? Əhalinin banklarda olan 3 milyard manat əmanətinə zərər dəyib. Maaşlar indeksasiya edilməlidir və 34 faizlik bahalaşma hökumət tərəfindən kompensasiya edilməlidir".

Milli Məclisin sədri Oqtay Əsədov isə İqbal Ağazadəyə cavab verib. Spiker bildirib ki, əhalinin banklarda olan 3 milyard manatlıq əmanətlərinə ziyan dəyib sözləri ilə razı deyil:

"Mən razıyam ki, bəzi mağazalarda süni qiymət artımları baş verib. Amma bununla bağlı dövlət qurumları ciddi addımlar atırlar. Digər tərəfdən isə bu məhsulların 70 faizi ölkə daxilində istehsal olunur. Nəyə görə yerli istehsalda qiymət artımı olmalıdır?"

Deputat Zahid Oruc isə həmkarının çıxışının əksi olaraq atılan qərarı millətin mənafelərinə uyğun olduğunu deyib:

"Maliyyə sabitliyinin saxlanılması üçün mühüm addımdır. Bu gün burada Mərkəzi Bankı mühakimə edən insanlar maksimum 1 ay sonra qərarı bizim kimi müdafiə edəcəklər. Dövləti qınayanlar nəzərə almalıdırlar ki, valyutanın ehtiyat hissəsi manatladır. Bu gün manat dünyada ən güclü valyuta olan dollarla rəqabət aparacaq səviyyədədir. Ona görə də qərarı müdafiə edirəm".

YAP-çı deputat Siyavuş Novruzov da manatın ucuzlaşması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, maaşların indeksasiya edilməsi fikri düzgün deyil:

"Bunu bu cür yozmaq doğru deyil. Bu ancaq populizmdir. Bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır".

Tarix
2015.02.24 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla