Yuxarı

DTX-nın Neftçalada keçirdiyi bu əməliyyat... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DTX-nın Neftçalada keçirdiyi bu əməliyyat... - Millət vəkili

DTX-nin peşəkarlıqla həyata keçirdiyi bu əməliyyatları yüksək qiymətləndirirəm. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə bu cür tədbirlər Prezidentin siyasi iradəsinin göstəricisi olmaqla qanunun aliliyinin və törədilən cinayətə görə cəzanın labüdlüyünün təmin olunmasına öz müsbət təsirini mütləq göstərəcək.

Axar.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, 36 saylı Xətai Seçki Dairəsindən yeni seçilmiş millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında ötən gün DTX-nin Neftçalada keçirdiyi əməliyyatı şərh edərkən deyib.

Millət vəkili bildirib ki, DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır:

“Amma bununla yanaşı məhkəmə-hüquq islahatları dərinləşdirilməli, güclü məhkəmə hakimiyyəti yaradılmalıdır. Yalnız inzabati yollarla bu istiqamətdə ciddi uğurlar əldə etmək mümkün olmayacaq. Müəllimlər, həkimlər, kiçik çinli məmurlar əmin olsalar ki, rüşvət verməyəcəkləri halda onlar qanunsuz olaraq işdən çıxarılarsa, məhkəmələrdə öz hüquqlarını müdafiə edə biləcəklər, o zaman heç kimi rüşvət verməyə məcbur etmək mümkün olmayacaq. Eyni zamanda büdcədən maliyyələşən işçilərə öz layiqli həyatlarını qurmağa bəs edəcək qədər maaş verilməlidir ki, qanunsuz yollarla pul qazanmağa can atmasınlar. Həmin maaşı vermək üçün isə iqtisadi islahatlar genişləndirilməlidir. Baş verənləri həyata keçirilən islahatların nəticəsi hesab edirəm və hər kəsi islahatlara dəstək verməyə çağırıram".

Qeyd edək ki, DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı və birinci müavini də daxil olmaqla, yüksək vəzifəli şəxsləri həbs edib.

Tarix
2020.02.21 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla