Yuxarı

Zalkaliani BMT tədbirində azərbaycanlı qızdan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zalkaliani BMT tədbirində azərbaycanlı qızdan danışdı

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 43-scü sessiyasında iştirak edir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN başçısı sessiya çərçivəsində təşkil olunan “İnsan haqları üzrə yaxşı tarixçələr” (“Good Human Rights Stories”) adlı sessiyada çıxış edib. Nazir Gürcüstanda erkən evliliyin qarşısının alınması istiqamətində həyata keçirilən addımlar və qanunvericiliyə edilən dəyişikliklərdən söz açıb.

D.Zalkaliani qeyd edib ki, dövlət erkən nikahla bağlı məsələlərdə QHT sektoru və beynəlxalq təşilatlarla uğurlu əməkdaşlıq həyata keçirir.

Sessiya zamanı Gürcüstan tərəfi erkən evliliyin qarşısının alınması istiqamətində uğurlu nümunə olan ölkənin azərbaycanlı vətəndaşı Çinarə Qocayevanın hekayəsini təqdim edib.

D.Zalkaliani Gürcüstan hökumətinin erkən evliliyin geniş yayıldığı bölgələrdə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu da vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqı və BMT tərəfindən 2018-ci ildən insan haqları sahəsində ən yaxşı nümunələrin olduğu dünyanın 15 ölkəsindən biri seçilir.

Qeyd edək ki, 2016-cı ildə Gürcüstanın Tetritskaro rayonunun Kosalar kənd sakini 14 yaşlı Ç.Qocayevanı valideynləri istəmədiyi şəxslə nişanlayıb. O, rəfiqə və tanışlarının köməyi ilə Gürcüstan Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının Qorunması Departamentinə müraciət edib. Ç.Qocayeva xüsusi sığınacağa yerləşdirilib. Qız sonradan ali məktəbə qəbul olub və valideynləri ilə də barışıb.

Tarix
2020.02.24 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla