Yuxarı

Hərbi Dəniz Qüvvələrində Xocalı ilə bağlı anım tədbiri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, tədbirdə “N” hərbi hissənin şəxsi heyəti, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti, SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının acı nəticələri, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri qətliam, amansızlıq və vəhşiliyin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş vandalizm aktı olduğu bir daha vurğulanıb.

Sonda tədbir iştirakçılarına xalqımızın faciəvi tarixini əks etdirən fotoşəkillərdən ibarət sərgi və sənədli film göstərilib.

Tarix
2020.02.24 / 21:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla