Yuxarı

Millət vəkili soyqırımla bağlı təklif verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xocalı soyqırımının ildönümü ənənəvi olaraq həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində müxtəlif formalarda qeyd olunur. Təbliğat işi müəyyən natamamlıqlar olsa da, ümumilikdə yaxşı gedir. Müəyyən müsbət nəticələrin də olduğu şübhəsizdir".

Axar.az xəbər verir ki, bu açıqlama millət vəkili Fazil Mustafa çıxış edib.

Milli Məclisdə mövzuya toxunan deputat ildən-ilə təbliğat formalarını təkmilləşdirməyin gərəkliliyini vurğulayıb:

"Kiçik salonlarda 50-60 adam üçün konfranslar keçirmək dövrü artıq geridə qalıb. Daha çox texnoloji təbliğata üstünlük verilməlidir. İki-üç dəqiqəlik tanıtım kliplərinin çəkilməsi, müxtəlif dillərdə hazırlanması və xarici ölkələrin televiziyalarında bir həftə ərzində əlverişli vaxtları pulla alıb bu tanıtım kliplərinin verilməsi daha məqsədəuyğun olardı. Eyni işi internet məkanında populyar saytlarda, portallarda da görmək olar. Bir də daha çox xarici ölkələrin parlamentlərində dinləmələrin keçirilməsinə çalışılmalıdır. Hər bir işin nəticə hissəsi düşünülməlidir. Bu işdə Azərbaycana ən çox dəstək verən ölkə təbii ki, Türkiyədir. Ancaq bu qardaş ölkədə müəyyən səbəblərdən bu hadisə israrla "Xocalı qətliamı" olaraq qeyd edilir. Demək ki, ən yaxın qardaş ölkədə belə istədiyimiz nəticəni ortaya qoya bilməmişik".

Millət vəkilinin sözlərinə görə, heç daxildə də yanaşmamız bir o qədər effektli sayıla bilməz:

"O qədər də geniş olmayan bir küçədə kiçik bir abidə qoymaq əvəzinə, yaxşı olar ki, birbaşa Şəhidlər Xiyabanında Xocalı soyqırımı memorialı ucaldılsın və xarici qonaqlar üçün dövlət protokoluna salınsın. Ən azı ermənilərin etdiyinin eynisini etsək kifayətdir. Baxın, soyqırımın tanıdılması bizim üçün prioritet siyasi hədəf olsa da, mahiyyətcə 20 Yanvar hadisələrini arxa planında qalır. Halbuki, 20 Yanvarla bağlı tədbirlər daha çox günahsız qətlə yetirilən insanların xatirəsini anma tədbiridir, Xocalı soyqırımı isə bu anmadan da o tərəfə, həm də soyqırım faktını dünyaya tanıtma tədbiridir. Məncə, hadisələrin qeyd olunma məqsədinə uyğun davranmadığımız ortadadır".

Tarix
2015.02.25 / 10:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla