Yuxarı

"Müsavat" Anar Məmmədovdan üzr istəməyib - Təkzib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Müsavat" Anar Məmmədovdan üzr istəməyib - Təkzib

Anar Məmmədova yaxın olan saytlar və o cümlədən, bir sıra fərqli KİV-lər "Yeni Müsavat" Anar Məmmədovdan üzr istədi" başlıqlı təkzib mətni yayıblar. Məmmədovlara yaxın KİV-lər bunu hətta manşet yazısı olaraq, skrin–şotlarla bəzəyib, təqdim etməkdədirlər.

Musavat.com aydınlaşdırıb ki, bir sıra kənar KİV-lər bu işi ödənişli qaydada həyata keçiriblər. Lakin bəzi həmkarlarımız bundan imtina edib: "Pulla həmkarımın mövqeyini vura bilmərəm", - deyənlər olub.

"Yeni Müsavat" qəzeti bildirib ki, iki il davam edən gərgin müzakirələrdən sonra tərəflərin üstündə anlaşdıqları bir mətni qəzetdə yayıblar və bu, qanunun tələbidir.

"Təkzib" başlığı ilə verilən bu mətndə də göstərilir ki, "Yeni Müsavat" qəzeti bütün məhkəmə instansiyalarından keçən qərarı icra edir. Bunu icra etməmək qanunsuzluqdur.

Qəzetin yaydığı təkzib bu cürdür: "Yeni Müsavat" qəzeti Azərbaycan Respublikası məhkəmələrinin qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsinin zəruriliyi haqqında qanunun tələblərini yerinə yetirərək və həmin məqalələrdə dərc olunan məlumatların öz təsdiqini tapmadığını və bu səbəbdən həqiqətə uyğun olmadığını bildirərək, bu cür məlumatları yaydığına görə üzr istəyir".

Qəzet sonda bir daha üzr istəmədiyini, sadəcə, məhkəmə qərarını icra etdiyini xatırladıb.

Tarix
2015.02.25 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla