Yuxarı

Prezident Artur Rəsizadə barədə elə sözlər söylədi ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Artur Rəsizadə barədə elə sözlər söylədi ki...

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun illər fəaliyyət göstərmisiniz. Heydər Əliyev hələ 1970-ci illərin sonlarında sizi çox məsul bir vəzifəyə təyin etmişdir - Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Artur Rəsizadəni yubileyi münasibətilə qəbul edərkən bildirib.

"O vaxt - sovet dövründə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı üçün bu komitənin xüsusi rolu var idi və hələ gənc yaşında ikən bu böyük vəzifə sizə həvalə edilmişdi.

Ondan sonra həm Mərkəzi Komitədə, həm Nazirlər Kabinetində yüksək vəzifələrdə işləmisiniz. Müstəqillik dövründə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan üç il sonra sizi Baş nazir vəzifəsinə təyin etmişdir. Siz 22 il bu vəzifədə fəal işləmisiniz və ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Bu 22 ilin 15 ilini biz sizinlə bərabər işləmişik və bu illər ölkəmizin iqtisadi inkişafı üçün çox önəmli illər olubdur. Azərbaycan bu illər ərzində çox sürətlə inkişaf edib və iqtisadi inkişafın templərinə görə dünya miqyasında lider dövlətdir. Bütün bu müsbət nailiyyətlərdə sizin də böyük əməyiniz, payınız var. Hesab edirəm ki, bu 15 il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edilmişdir, ölkəmizin sənaye potensialı böyük dərəcədə artmışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, vətəndaşların rifah halı yaxşılaşdırıldı. Maaşların, pensiyaların orta hesabla təqribən 8-10 dəfə artması bunun əyani sübutudur", - Prezident qeyd edib.

Tarix
2020.02.27 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla