Yuxarı

Türkiyədə konfrans: I Pyotrun baş tutan erməni layihəsi... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin Qaziosmanpaşa Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Axar.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın təşkilatçılığı ilə baş tutan konfrans öz işinə sayğı duruşu, Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Sonra universitetin tələbəsi, Azərbaycan türkü Murad Mirzəbəyli Xocalıda insanlıq dramı yaşandığını örnəklər gətirərək anladıb.

Daha sonra TRT tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş sənədli film izlənilib.

Qafqaz üzrə mütəxəssis və TRT-nin sabiq Bakı təmsilçisi Yüksəl Dəyərcan isə rus çarı I Pyotrun XVII əsrdə Türk dövlətlərinin arasında bir erməni dövlətinin yerləşdirilməsi ilə bağlı planından danışıb.

Həmin dönəmdə 2 böyük türk dövlətinin – Osmanlı və Səfəvi imperatorluqlarının olduğunu xatırladan Yüksəl bəy I Pyotrun bu iki ölkənin arasında onları hədəflərindən yayındırmaq üçün qondarma bir dövlət qurmaq planının olduğunu və bu siyasətin 400 ildir ki, uyğulandırıldığını bildirib.

5 il ərzində Bakıda onlarla Xocalı şəhid ailələri və Qarabağdan olan məcburi köçkünlərlə reportajlar hazırlandığını deyən Yüksəl Dəyərcan tələbələrə bu reportajlar haqqında deyil, ABŞ, Rusiya və erməni jurnalistlərinin Xocalıda gördükləri dəhşətlər haqqında danışıb.

Duygulu anlar yaşadan çıxışının sonunda Yüksel bəy “bir gün Azərbaycan mütləq işgal altındakı topraqlarına qovuşacaq, Naxçıvanla birbaşa bağlantı quracaq, iki qardaş ölkə sərhəd qonşusu olacaq və 400 illik siyasətə son verəcək” deyərək sözlərini tamamlayıb.

Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsindəki çıxışların yer aldığı video da nümayiş etdirilib.

Hulusi Kılıç Xocalıda əsl soyqırımın yaşandığını, ancaq ABŞ, Avropa insan haqları təşkilatlarının bu bəşəri cinayətə səssiz qaldıqlarını vurğulayıb.

Bu soyqırımı törədənlərin beynəlxalq məhkəmələr qarşısında dayanmasının zamanının gəldiyini deyən Hulusi Kılıç Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qomadığını və işğal etdiyi torpaqlardan çıxmadığını bildirib.

Hulusi Kılıç ATƏT-in Mink qrupunun daha çox münaqişəni həll etməməyə çalışdığını da xatırladıb: “Azərbaycan torpaqlarını sülh yolu ilə almaq istəyir. Baxmayaraq ki, Azərbaycan istər hərbi, istər iqtisadi, istərsə də beynəlxalq müstəvidə gücə sahibdir. Və əgər istəyərsə, bir neçə günün içərisində Qarabağı geri ala bilər”.

Türkiyənin hər anlamda Azərbaycanın yanında olduğunu bildirən Kılıç Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini xatırladıb.

Hulusi Kılıç daha sonra “Qarabağ Azərbaycanındır” şüarını və Türkiyə ilə Azərbaycanın eyni ürəyin içindəki bayraqlarının yer aldığı lövhələri açmaqla tələbələrin sürəkli alqışlarını qazanıb.

Qeyd edək ki, Türkiyənin Qaziosmanpaşa Universitetindəki toplantıda 1000 universitet tələbəsi iştirak edib, təxminən eyni sayda tələbə yer olmadığı üçün konfransdan kənarda qalıb.

Tarix
2020.02.27 / 22:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla