Yuxarı

Brüsseldə aksiya: “Hamımız Qarabağıq!” - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Brüsseldə aksiya: “Hamımız Qarabağıq!” - Foto

Brüsseldə - Avropa Parlamenti önündə Xocalı soyqırımı ilə bağlı mitinq keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı 2015-cu ilin fevral ayının 21-26-da Avropanın siyasi mərkəzindən biri hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirib.

Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Milli Məclisin üzvü Fərəc Quliyev, ATXƏM-in sədri İlham İsmayilov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dağlıq Qarabağ Azərbaycan İcması İH-nin üzvü Cavid Əliyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak ediblər.

Fevralın 25-də Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Brüsseldə - Avropa Parlamenti önündə ATXƏM və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkil etdiyi mitinqə qatılıblar. Mitinqdə Azərbaycan və Türk diaspor təşkilatları nümayəndələri, tələbələr və yerli sakinlər də iştirak ediblər. 300 nəfərdən çox nümayəndənin qatıldığı mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub. Mitinqdə "Xocalıya ədalət", "Hamımız Xocalıyıq", "Hamımız Qarabağıq" şüarları səsləndirilib.

Tarix
2015.02.25 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla