Yuxarı

Bakı Brüssellə assosiasiya sazişinə getməyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Brüssellə assosiasiya sazişinə getməyəcək

"Avropa öz ailəsində Azərbaycanı da görməkdə maraqlı və israrlıdır".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

O, Azərbaycanın Avropa Birliyi ilə assosiativ üzvlük haqqında sazişi yaxın zamanlarda imzalamayacağını bildirib:

"Avropa İttifaqı hər zaman Azərbaycana xüsusi önəm verib. Brüssel bu gün də həmin siyasətini davam etdirir. Təbii ki, Avropa öz ailəsində Azərbaycanı da görməkdə maraqlı və israrlıdır. Lakin Azərbaycanın Avropa ilə assosiativ üzvlük haqqında sazişi bu yaxınlarda imzalaması o qədər də real görünmür. Avropa ilə hər hansı strateji sənəd imzalana bilər. Assosiativ saziş üçün Azərbaycan daha böyük siyasi iradə nümayiş etdirməlidir ki, bu da hazırkı geopolitik vəziyyətdə ciddi məsuliyyət altına girmək deməkdir. Çünki bu saziş imzalandıqdan sonra geriyə dönüş yoxdur. Hazırkı durum bu sənədin imzalanmayacağını söyləyir. Lakin beynəlxalq siyasətdə maraqlar və fikirlər tez-tez dəyişir".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bu gün mətbuata açıqlamasında Azərbaycanın Avropa Birliyi ilə assosiasiya sazişi deyil, strateji əməkdaşlıq haqqında sənəd imzalamasının tərəfdarı olduqlarını bildirmişdi.

Tarix
2015.02.26 / 09:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla