Yuxarı

Kremlin qazı alınır: Əliyevlə AB nələri danışıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlin qazı alınır: Əliyevlə AB nələri danışıb?

Avropa Birliyi Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Azərbaycan və Türkmənistana üz tutmağa başlayır.

Axar.az xəbər verir ki, bu barədə nüfuzlu "Faynənşl Tayms" ("Financial Times") qəzeti yazıb. Qəzetə göstərilən sənəd layihələrində deyilir ki, Avropa Birliyi Azərbaycan, Türkmənistan və Əlcəzair kimi ölkələrlə strateji enerji tərəfdaşlıqları yaratmaq üçün bütün xarici siyasət alətlərindən istifadə etmək niyyətindədir.

"Rusiya Avropa üçün mühüm təchizatçı olaraq qalacaq. Lakin onun nüfuzu azalacaq", - Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maros Sefcovic qəzetə bildirib. Eyni zamanda, Sefcovic deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Birliyində enerji ilə bağlı bürokratiyanın azaldılması barədə danışıqlar aparıb.

"Bunun əsas prioritet olması, bizim siyasət və tənzimləmə baxımından hər bir yardım göstərməyə hazır olmağımız barədə investorlara siyasi arxayınlıq vermək çox vacibdir", - Avropa Komissiyasının rəsmisi deyib.

Qeyd edək ki, Ukraynanın şərqindəki münaqişəyə görə Avropa ilə Rusiya arasında münasibətlər gərginləşib. Qərb Rusiyanı Ukraynada döyüşən üsyançıları silah və əsgərlə təchiz etməkdə ittiham edir. 2013-cü ilin rəqəmlərinə əsasən, Avropa təbii qazın 27 faizini Rusiyadan alır. Azərbaycandan İtaliyaya qaz nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) 2020-ci ilədək Avropanı 10 milyard kubmetr qazla təmin edəcək.

Tarix
2015.02.26 / 09:36
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla