Yuxarı

Rusiya: "Ermənistan ən yaxın tərəfdaşdır, Azərbaycan isə..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya: "Ermənistan ən yaxın tərəfdaşdır, Azərbaycan isə..."

"Azərbaycan Qafqaz regionunda Rusiyanın ən vacib iqtisadi-ticarət və siyasi tərəfdaşıdır".

APA-nın məlumata görə, bunu Rusiya Federal Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçov deyib.

O qeyd edib ki, Cənubi Qafqaz respublikaları hərəsi ayrı-ayrılıqda Rusiya üçün vacibdir. "Rusiya regionda sülh və sabitliyin olmasında maraqlıdır", - deyə o vurğulayb.

K. Kosaçov Azərbaycan rəhbərliyinə rus dilinə və ölkədə yaşayan ruslara olan münasibətinə görə təşəkkür edib. Rusiya ilə Azərbaycan arasındakı humanitar əməkdaşlığın dövlət səviyyəsində böyük layihələri nəzərdə tutduğunu deyən rusiyalı parlamentari iki ölkə arasındakı tərəfdaşlığın vacib istiqamətlərdən biri kimi energetika sahəsini önə çəkib.

Regional tematikaya toxunan K. Kosaçov Azərbaycanı Rusiyanın ən vacib tərəfdaşı, Ermənistanı isə ən yaxın tərəfdaşı adlandırıb.

Rusiyalı parlamentari qeyd edib ki, ölkəsi Azərbaycan, Ermənistan və Gürcüstanın qonşusu kimi regionda mövcud olan münaqişələrin güc yolu deyil, siyasi anlaşmalar vasitəsi ilə həllinə tərəfdardır.

Tarix
2015.02.26 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla