Yuxarı

Azərbaycanlılar Ermənistan səfirliyinin girişini bağladı - Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar Ermənistan səfirliyinin girişini bağladı - Foto/Video

Fevral ayının 26-da Polşanın paytaxtı Varşava şəhərində Ermənistanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu və Dünya Azərbaycanlıları Konqresi Polşa Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan aksiyada 50 nəfər iştirak edib. Ermənistan səfirliyinə girişi bağlayan etirazçılar dörd dildə – Azərbaycan, rus, ingilis və polyak dillərində şüarlar səsləndirib, Xocalı soyqırımının tanıdılması ilə bağlı çağırışlar edib və işğalçı Ermənistan hakimiyyətini ifşa edən bəyanat yayıblar.

Etiraz aksiyasında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Xocalı soyqırımı barədə danışıb, Serj Sarkisyan, Robert Köçəryan və Seyran Ohanyanın qanun qarşısında cavab verməli olduqlarını bildirib və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanımasını tələb edib.

Bir saat davam edən aksiya insidentsiz başa çatıb, təşkilatçılar aksiyanın qətnaməsini səfirliyə təqdim edib və sonda Azərbaycanın Dövlət himnini səsləndiriblər.

Tarix
2015.02.27 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla