Yuxarı

İlham Əliyev Polşanın yeni səfiri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Polşanın yeni səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, səfir Marek Tsalka fəxri qarovul dəstəsinin qarşısından keçib.

Marek Tsalka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğunu vurğulayan dövlət başçısı ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb.

Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlət başçısı Polşa şirkətlərinin ölkəmizdə, Azərbaycan şirkətlərinin isə Polşada həyata keçirilən birgə layihələrdə daha fəal iştirak etmələrinin önəmini qeyd edib.

Səfir Marek Tsalka ayrı-ayrı nümayəndə heyətlərinin tərkibində Azərbaycana müxtəlif vaxtlarda səfər etdiyini vurğulayıb. O, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

Tarix
2015.02.27 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

İran ətrafında yaranmış vəziyyət... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla