Yuxarı

Ekspert qız övladına görə 10 min depozitə aydınlıq gətirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İkinci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi otən ilin dekabrın 22-də "Azərbaycan Respublikası əhali sakinliyi və demoqrafik inkişaf" üzrə dövlət proqam layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib.

İqtisadçı sözügedən layihənin başadüşülən olduğunu bildirib:

"Depoztilərin oğlan deyil, qız uşaqlarına verilməsi isə başa düşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti, nə qədər acnacaqlı olsa da, ana bətnindəcə öldürülür. Məqsəd də belə halların qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir. Proqram layihəsini Milli Məclis deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırladığı üçün sözügedən qurumun mövqeyi önəmlidir. Uşaqların sayı çox olan ailələrdə valdeyinlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflər ilə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlarla bu məsələnin müzakirəsini aparsınlar. Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsul olan şöbə Nazirliyin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsidir".

İqtisadçı proqramın qız uşaqlarının öldürülməsi hallarının qarşısının alınmasında mühüm rol oynayacağını vurğulayıb:

"Mən ümumiyyətlə hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam. Bu demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı bu gün hətta ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər".

Tarix
2015.02.27 / 16:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla