Yuxarı

Çavuşoğlu: “Elmar Məmmədyarova dedim ki, yorulmusan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən Türkiyənin xarici işlər naziri kimi, həm də Azərbaycan üçün eyni vəzifəni qürurla aparacam. Bu vəzifəyə təyin olunanda da mən bunu bildirmişəm".

Publika.az-ın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AzTV-də yayımlanan "Günün nəbzi" verilişinin qonağı olarkən bildirib.

Türkiyəli nazir deyib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə yaxından dəstək olurlar: "Mən daha öncə də daşıdığım vəzifələrdə, o cümlədən Avropa Şurasında Azərbaycan və Türkiyənin maraqlarını əsas götürmüşəm, bu istiqamətdə çalışmışam. Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun bizə təlimatı da bu cürdür. Bu cür yanaşma təkcə məndə deyil, hər birimiz də olur. Bizim Azərbaycandan olan həmkarlarımızda və dostlarımızda da var. Xüsusilə də 2015-ci ildə qondarma erməni soyqırımı ilə bağlı Türkiyə-Azərbaycan əməkdaşlığı uğura davam edir. Yəni, bu həm də bir zərurətdir. Mən xarici işlər naziri vəzifəsinə təyin olunandan sonra dostum Elmar Məmmədyarova dedim ki, mən yeni təyin olundum, sən yorulmusan, get bir az tətilə dincəl. İndi bunu zarafatla desək də, ancaq gerçəkdən də bu belədir".

Tarix
2015.02.27 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla