Yuxarı

Rusiyanın ABŞ-a qarşı neft planı: Kim daha çox itirir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hazırkı neft böhranına tab gətirə biləcək bir iqtisadiyyata sahibdir. Çünki Rusiyanın kifayət qədər xarici valyuta ehtiyatı var. Hazırda Rusiyanın 600 milyard dollar dəyərində qızıl ehtiyatı mövcuddur. Səudiyyə Ərəbistanının isə 520 milyard həcmində valyuta ehtiyatı var. Lakin məsələ ABŞ üçün heç də ürəkaçan deyil. Bu gün ABŞ dünyada ən çox xarici borcu olan ölkədir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırkı vəziyyət ABŞ neftinin dəyərdən düşməsinə gətirib çıxarır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Səudiyyə Ərəbistanın neft hasilatını artırmasından sonra dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasını şərh edərkən deyib. O bildirib ki, iqtisadi göstəricilərə baxdıqda görə bilərik ki, ABŞ ən çox itirən dövlətdir:

“Regionda baş verən siyasi proseslər artıq iqtisadi sferaya da sirayət edib. Belə ki, Vyanada keçirilən “OPEK+” ölkələrinin konfransında neft hasilatının ixtisar edilməsi barədə danışıqların nəticəsiz qalması Səudiyyə Ərəbistanı ilə Rusiyanı üz-üzə qoydu. “OPEK+” ölkələri neft hasil edən ölkələrdir və bu ölkələr dünyada neftin vahid bazarda qiymətini təyin edir. Bu birliyə Rusiya, Azərbaycan, Qazaxıstanda daxildir. Əslində keçən il keçirilən samitdə “OPEK+” ölkələri arasında vahid qiymət və illik neft istehsalına dair razılaşma əldə edilmişdi. Yəni bununla neftin qiyməti stabil idi və aşağı düşmə ehtimalı çox az idi. Lakin bu il Vyanada keçirilən görüşdə Rusiya Səudiyyə Ərəbistanının irəli sürdüyü təkliflə razılaşmadı. Rusiyanın tələbi əslində bəlli idi. Rəsmi Moskva ötən ilin qəbul edilən razılaşmasının qüvvədə qalmasını tələb edirdi. Rusiyanın tələbinin nəzərə alınmaması səbəbi ilə danışıqlar yarımçıq qaldı və Rusiya görüşü yarımçıq tərk etdi”.

Politoloq qeyd edib ki, Rusiya Vyanadakı görüş sonrası Səudiyyə Ərəbistanının belə bir addım atacağını bilirdi:

“İstənilən ölkə hər hansı qərar qəbul edərkən müsbət və mənfi nəticələri nəzərə alır. Bu mənada Rusiya da Vyanada keçirilən tədbirdə belə bir hərəkət edəndə bunun nəticələrini nəzərə almışdı. Bu gün belə bir yanlış düşüncə var ki, neftin qiymətinin kəskin düşməsi Rusiyanın iqtisadiyyatını çökdürəcək. Nəzərə almaq lazımdır ki, Rusiya dünyanın ilk neft-qaz ixrac edən ölkələrindədir. Yəni bu sahədə kifayət qədər təcrübəyə malikdir. Bu baxımdan Rusiyanın belə fors-major situasiyalara qarşı mütləq bir planı var”.

Tarix
2020.03.11 / 08:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla