Yuxarı

Bakı Rəqəmsal İpək Yolu qurur: Xəzərin dibi ilə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Rəqəmsal İpək Yolu qurur: Xəzərin dibi ilə...

Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin birgə çəkilməsi və istifadəsi üzrə fəaliyyətin təşkilinə dair dövlətlərarası saziş imzalanıb. Sazişə əsasən, kabel xəttinin tikintisini Azərbaycan tərəfdən “AzerTelecom” MMC, Türkmənistan tərəfdən isə “Türkməntelekom” Elektrorabitə Şirkətləri icra edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında “AzerTelecom” MMC-nin Koorporativ-Komunikasiya şöbəsinin rəhbəri Əlimərdan Sultanov Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel xətti barədə danışarkən deyib. O bildirib ki, kabel xəttinin ümumi uzunluğu təqribən 300 kilometr olacaq:

“Xətt Xəzər dənizinin dibi ilə Siyəzəndən Türkmənistanın Türkmənbaşı şəhərinə çəkiləcək. Bu, Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunun formalaşmasına səbəb olacaq. Hazırda Orta və Cənubi Asiya ölkələrinin, Çinin internet trafikinə olan illik ehtiyacları 60-70 faiz artıb. Bu da həmin ölkələrin alternativ marşrut axtarmasına səbəb olur. Kabel xətti imkan verəcək ki, Türkmənistandan əlavə Əfqanıstan, Pakistan və Hindistan kimi ölkələr də artıq internet trafikini Azərbaycan vasitəsilə əldə etsinlər. Bu, konnektivitet adlanır və faktiki olaraq Avropa ilə Cənubi Asiya arasında Azərbaycandan keçən rəqəmsal kommunikasiya dəhlizidir”.

Şöbə rəhbəri vurğulayıb ki, Azərbaycanla Türkmənistan arasında Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi Almaniyanın Frankfurt şəhəri ilə Hindistanın Mumbay şəhəri arasında Rəqəmsal İpək Yolunu yaradır:

“Yəni Azərbaycanın bu təşəbbüsü tarixi İpək Yolunun üzərində Rəqəmsal İpək Yolunun formalaşmasına və artıq region ölkələrinin internetə olan ehtiyacının gələcəkdə Azərbaycan vasitəsilə ödənilməsinə imkan verəcək. Bu da Azərbaycanın tranzit ölkə olmasına şərait yaradacaq. Kabel xətləri çəkiləndən sonra məqsəd odur ki, internet region ölkələrinə məhz Azərbaycandan verilsin və ölkəmiz rəqəmsal mərkəzə çevrilsin. Kabel xəttinin gücü təqribən 2-4 terabit/saniyəyə qədər məlumatın ötürülməsinə imkan verəcək. Kabel xəttinin tikintisi təxminən 2022-2023-cü ilə kimi yekunlaşacaq”.

Qeyd edək ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan səfəri çərçivəsində rabitə operatorları “AzerTelecom” MMC və “Türkməntelekom” Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Tarix
2020.03.13 / 08:45
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla