Yuxarı

Bu məsələ Prezidentin nəzarətindədir - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məsələ Prezidentin nəzarətindədir - Deputat

Koronavirus dünyada sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksininin hələ də tapılmaması yayıldığı ölkələri daha ciddi tədbirlər görməyə məcbur edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, virusun qarşısının alınması istiqamətində ölkəmizdə də bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 2020-ci il aprel ayının sonunadək bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunacaq.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən deputat Elman Nəsirov bildirib ki, ölkəmizdə məsələ ilə bağlı çox ciddi addımlar atılır.

“Koronavirus pandemiyası qlobal bir problemdir. Son məlumatlara görə, dünyanın 145 ölkəsində bu virusa yoluxma halı qeydə alınıb. Azərbaycanda da bu virusa yoluxma halları var. Artıq dünəndən etibarən Azərbaycanda xüsusi rejim tətbiq edilir. Bu addımın əsas məqsədi odur ki, Azərbaycan vətəndaşları təhlükədən qorunsun. Dövlət əlindəki bütün imkanlardan, resurslardan istifadə edir. Təsadüfü deyil ki, Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında məhz bu məsələyə də toxundu. Bütün bu tədbirlər cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilir və birbaşa onun nəzarətindədir”, - deputat bildirib.

E.Nəsirov vətəndaşları daha diqqətli olmağa çağırıb:

“İnsanlar ilk növbədə bunu bilməlidir ki, təşvişə düşmək lazım deyil. Virusun müalicəsi üçün ölkəmizdə də araşdırmalar aparılır. Hətta bununla bağlı xaricdən lazımı avadanlıqlar da gətirilib. Bununla belə, vətəndaşların da öhdəsinə düşən işlər var. İnsanlar ilk növbədə vətəndaşlıq borcunu bilməli və mövcud qadağalara əməl etməlidir. Gün ərzində mümkün qədər birbaşa təmasdan uzaq durmaq, əllə görüşməkdən imtina etmək lazımdır. İnsanların maska taxması da zəruri addımdır. İnsanlar ilk növbədə bunu bilməlidir ki, koronavirusun başlıca yayılma şəraiti yaxın təmasdır”.

Deputat onu da qeyd edib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət digər ölkələrlə müqayisədə olduqca yaxşıdır:

“Amma bu hal bizi arxayınlaşdıra bilməz. Əhalinin qorunması üçün zəruri, bəzən də ən ciddi qadağalar tətbiq edilməlidir və edilir”.

Tarix
2020.03.15 / 10:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla