Yuxarı

ATƏT cəbhədə monitorinqləri dayandırır - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT cəbhədə monitorinqləri dayandırır - Bəyanat

ATƏT regiondakı monitorinqləri dayandırır.

Axar.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi, səfir Anjey Kasprşikin bəyanatında bildirilib.

"Koronavirusun yayılması ilə əlaqədar mövcud vəziyyət bütün bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli heyətin səyahətləri üçün məhdudiyyətlərə səbəb oldu. İnfeksiya riskini azaldılması üçün, həmçinin şəxsi təmaslara da məhdudiyyətlər mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər aradan qaldırılana qədər monitorinqlərin dayandırılması qərara alındı. Eyni zamanda, mən müvafiq hərbi hakimiyyətlərlə əlaqə saxlamağa davam edirəm", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu 1997-ci ildə Rusiya, ABŞ və Fransanın həmsədrliyi üzrə formalaşıb.

23 ildir həmsədrlər münaqişənin tənzimlənməsi üçün regiona müxtəlif səfərlər edir, cəbhə xəttində monitorinqlər keçirir və ölkə liderlərinin görüşlərini təşkil etməyə çalışır.

Tarix
2020.03.18 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla