Yuxarı

Bəziləri bu il Novruzu narahatlıqla qarşılayır... - Quterreş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il Novruzu yeni başlanğıclar günü kimi qeyd edirik, yeni ilə ümid və sevinclə qədəm qoyuruq. Biz təbiətin canlanmasını və baharın ilk gününü bayram edirik.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq Novruz günü ilə bağlı müraciətində bildirilib.

"Bu il Novruzu bir çox insan kədər və narahatlıqla qarşılayır. Yeni koronavirus, COVİD-19, bu qədim bayramı qeyd edən bölgələr də daxil olmaqla bütün dünyanı sarsıdır. Yaxınlarını itirmiş şəxslərə dərin hüznlə başsağlığı verirəm, bundan əziyyət çəkənlərə isə ən xoş arzularımı çatdırıram.

Ümid edirəm ki, Novruz bayramı ailə üzvləri ilə istirahət etmək və vaxt keçirmək, ilin dəyişən fəsillərinin gözəlliyindən zövq almaq, eləcə də ümumbəşəri dəyərlərimizi xatırlamaq və qeyd etmək üçün xoş bir zaman olacaq.

Novruz canlanma simvoludur. Onun gəlişini od, xüsusi yeməklər, səməni və digər adət-ənənələrlə qeyd etdiyiniz zaman, ümid edirəm ki, təbiətlə dostluq və harmoniya hissi tapacaqsınız.

Hamınıza xoşbəxt, sağlam, dinc və firavan Novruz arzulayıram", - təbrikdə qeyd olunub.

Tarix
2020.03.20 / 11:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla