Yuxarı

Karantin sanatoriya deyil - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər məsələyə obyektiv baxmaq lazımdır. Karantin sanatoriya deyil. Heç kim elə qəbul etməsin ki, karantinə istirahətə gəlib, onun üçün pulsuz turizm imkanları yaradılıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasının (AzTV) “#Evdəqal” verilişində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə karantin şəraitindən narazılıq edənlərə cavab olaraq söyləyib.

Prezidentin köməkçisi bildirib ki, koronavirus qlobal bəladır:

"Bəzi dövlətlər bunu qlobal müharibə kimi xarakterizə edirlər. Bu, elə bir müharibədir ki, burada düşmən görünmür, döyüşçüləri, əsgərləri həkimlərdir, tibb işçiləridir. Bunun qarşısında dünyanın aparıcı dövlətləri acizdirlər. Belə olan halda vətəndaşların hər bir məsələdə bəhanə axtarmaları, problem axtarmaları düzgün deyil. Dövlət bütün lazımi addımlar atır, əhalinin sağlamlığının qorunması üçün tədbirlər görür. Ona görə də, əsassız tənqidlərdən uzaq dayanmalıyıq, məsuliyyətli olmalıyıq, dövlətimizin yanında olub, görülən işləri dəyərləndirməliyik. Görün nə qədər insan həyatını risk altında qoyur. Vətəndaşlarımızın xaricdən gətirilməsi, burada karantinə alınmasında iştirak edən insanlar var. Təyyarə pilotlarından, bələdçilərindən tutmuş, orada fəaliyyət göstərən diplomatlara, buradakı həkimlərə qədər, hamısı həyatını risk altına qoyur. Bunu dəyərləndirmək lazımdır. Əhalimizin mütləq əksəriyyəti bunu təqdir edir".

Tarix
2020.03.24 / 19:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla