Yuxarı

Korona saytından Azərbaycana təxribat – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona saytından Azərbaycana təxribat – Foto

Koronovirus barədə yaradılan beynəlxalq rəsmi saytda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat əksini tapıb.

Axar.az xəbər verir ki, Azərbaycanın işğal altında olan nəinki Dağlıq Qarabağ, ətrafındakı 7 rayonla birgə “Qarabağ respublikası” kimi göstərilib.

Bununla bağlı xaricdə yaşayan azərbaycanlı gənclər artıq səhifənin rəsmi ünvanına şikayət göndərib.

“Bu dəqiqə bütün dünyanın gözü bu saytdadır. Məhz burada virusun yayılma xəritəsi və sair vacib məlumatlar yerləşdirilib. İndi təsəvvür edin bizim tarixi torpaqlarımız işğalçı dövlətin əlifbası ilə yazılır...”, - deyə Bakı Gənclər Klubunun Beynəlxalq Departamentinin rəhbəri Sabir Rüstəmov saytımıza bildirib.

Quqlda “koronovirus” yazan kimi məhz bu rəsmi sayt birinci istifadəçilərin qarşısına çıxır. Və bu hal erməni lobbisinin hətta bəşəriyyət üçün belə bir çətin məqamda da öz çirkin əməllərindən əl çəkməməsindən xəbər verir.

Tarix
2020.03.26 / 22:02
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla