Yuxarı

Çin Azərbaycana yardım təklif etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:48

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Dövlət Müşaviri, ÇXR-nın Xarici işlər naziri Van Yi Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayıb.

Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Teleqramda Van Yi yeni koronavirus pnevmaniyası başlayandan bəri, Azərbaycan tərəfinin epidemiya ilə mübarizədə Çinə güclü dəstək verdiyini qeyd edir və bu xüsusda Çinin dərin minnətdarlığını ifadə edir.

Hazırda yeni koronavirus sətəlcəm epidemiyasının getdikcə dünya miqyasında yayıldığını və Azərbaycanda təsdiqlənmiş halların artdığını qeyd edən Van Yi, ÇXR Xarici İşlər Nazirliyi və şəxsən öz adından dost Azərbaycan xalqına başsağlığı verir və bütün xəstələrin erkən sağalmasını arzu edir.

Teleqramda qeyd edilir ki, Çin və Azərbaycan yaxın dost və yaxşı tərəfdaşdırlar. Azərbaycan tərəfi epidemiyanın qarşısını almaq və nəzarət etmək üçün fəal tədbirlər həyata keçirir. Çin bu məqsədlə öz imkanları daxilində yardım göstərməyə və epidemiya vəziyyəti, qarşısının alınması və nəzarət təcrübəsi, eləcə də tibbi müalicə ilə bağlı Azərbaycan tərəfi ilə sıx əlaqə saxlamağa hazırdır. Sonda vurğulanır ki, “Biz inanırıq ki, Azərbaycan tərəfi ən qısa müddətdə epidemiyanı aradan qaldıracaq və Çin-Azərbaycan münasibətləri yeni və daha böyük inkişafa başlayacaqdır”.

Tarix
2020.03.28 / 16:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla