Yuxarı

Ölkədə bunu gücləndirməyi hədəflədik - TƏBİB

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə bunu gücləndirməyi hədəflədik - TƏBİB

Bildiyimiz kimi, daxildə koronavirusun aşkarlanması bizim üçün həyəcan təbilidir. Məhz buna görə də əvvəldən mövcud olan laborator-diaqnostika resurslarımızı birinci növbədə gücləndirməyi hədəflədik. Həm dövlətimizin, həm də Heydər Əliyev Fondunun dəstəyilə biz ölkəmizin bir çox regionlarını yeni - ən müasir laboratoriyalarla təchiz edə və bütün avtomatlaşdırılmış diaqnostika laboratoriyalarını qura bildik.

Axar.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, quraşdırılan "Real-time PZR" laboratoriyaları ciddi əmək və xüsusi vərdişlər tələb edən əməkdaşlara ehtiyacı olan laboratoriyalardır:

"Həm kadrların sürətli hazırlığı, həm də cihaz və avadanlıqlarla təchizat həyata keçirilib. İlk günlərdə biz Fondun dəstəyi ilə Cəlilabad rayonunda laboratoriyaları, eyni zamanda Bakı şəhərində iki laboratoriyanı yerləşdirdik. Bundan daha əvvəl isə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində bu laboratoriyalar qurulmuşdur. Biz bu günlərdə Naxçıvan Muxtar Respublikasında da laboratoriyalar qurduq. Bunlar tam avtomatlaşdırılmış laboratoriyalardır".

"Hazırda ölkəmizə yeni laboratoriyalar da gəlib, Gəncə şəhərində qərb bölgəsi üçün qurulacaq. Biz artıq 20 mindən artıq insanı müayinədən keçirmişik və məqsədimiz gündən-günə bunun sayını artırmaqdır", - deyə TƏBİB sədri vurğulayıb.

Tarix
2020.03.29 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla