Yuxarı

Ermənilərin 100 il öncəki şüarı: Yaşasın Azərbaycan!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev sosial şəbəkədəki şəxsi səhifəsində Qarabağ erməniləri ilə bağlı növbəti maraqlı paylaşım edib.

“Azərbaycanın Dağlıq #Qarabağ bölgəsindəki erməni icmasının üzvləri oliqarx Arayik Harutyunyanı “dəstəkləməyə” məcbur edilirlər. Hətta bəzi sadə vətəndaşlar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində quraşdırılmış qanunsuz, qondarma rejiminin “rəsmiləri” tərəfindən döyülüblər”, - T.Gəncəliyev bildirib.

Axar.az xəbər verir ki, T.Gəncəliyev daha sonra separatçı qurumun və işğalçıların girovluğundakı mülki sakinlərə xitabən yazıb:

“Erməni icmasına səslənərək bildiririk ki, Tural Gəncəliyev yeganə qanuni təmsilçidir. Tezliklə Qarabağın işğalı başa çatdırıldıqdan sonra azərbaycanlı icma ilə birlikdə erməni icmasının da hüquqlarını qoruya biləcək şəxs #Xankəndi şəhərinin qanuni əsaslarla seçilmiş millət vəkili olacaqdır”.

İcma rəhbəri qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhə yalnız azərbaycanlı və erməni icmalarının sülh şəraitində, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində birgə dinc yaşayışı ilə nail olmaq mümkündür.

T.Gəncəliyev müraciətini erməni dilində də paylaşıb.

Qeyd edək ki, martın 31-də Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkisi” keçirmək istəyən separatçılar arasında gərginlik mövcuddur. Hətta qarşıdurmalar da baş verib və döyülənlər, həbs edilənlər olub. Bu mənada Qarabağ ermənilərinin bezərək Azərbaycan hökumətindən kömək istəyə biləcəkləri barədə ehtimallar da ortaya çıxıb.

Ermənişünas alim Qafar Çaxmaqlı Musavat.com-a bildirib ki, koronavurusun dünyanı təhdid etdiyi bu günlərdə ermənilərin “seçki” keçirməsi özü anormallıqdır:

“Dünyada bütün tədbirlərin ləğv edildiyi indiki günlərdə ermənilərin bu hərəkəti onun işarəsidir ki, seçki deyilən bir şey yoxdur və burada belə tədbir heç vaxt olmayıb. Ermənilər separatçı lideri dəyişdirirlər. O quldur gedir, bu quldur gəlir. Dağlıq Qarabağda cinayət törətmişlər sıra ilə “dqr”in, indi də “artsax”ın lideri olacaq. Budur məsələ. Qaldı hansısa “seçici”nin sərt çıxışı və Vitali Balasanyana qarşı dediyi sözlər, bunlara aldanmayaq. Qarabağda kriminal dəstələr var, onlar bir-biri ilə həmişə mübarizə ediblər və indi o biri kriminal gücün nümayəndəsi bu adam haqqında fikir səsləndirir”.

Q.Çaxmaqlı icma rəhbərinin koronavirusla bağlı Qarabağ ermənilərinə müraciətini də müsbət dəyərləndirib. Qeyd edib ki, icma sədri T.Gəncəliyevin vurusla bağlı etdiyi “jest” yerində idi: “Nəhayət, biz siyasətlə məşğul olmağa başlamışıq”.

Ancaq ekspert bildirib ki, ermənilərin bezib Bakıya üz tutacağına inana bilmir:

“Çünki burada yaşayan ermənilər özbaşına deyillər... Mən tarixdə olan bir şeyi xatırlatmaq istəyirəm. 1919-cu ildə Dağlıq Qarabağ erməni kəndlilərinin keçirdiyi qurultayda bir şüar çıxarmışdılar: “Yaşasın Azərbaycan Respublikası!” O da olacaq. Amma onu dedirtmək üçün bu bölgədə məsələlər durulmalıdır... Mən deyərdim ki, koronavirusun verdiyi imkanlar belə dəyərləndirilməlidir”.

Tarix
2020.03.30 / 00:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla