Yuxarı

Mehriban Əliyeva Vatikanda Canfranko Ravazi ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva Vatikanda Canfranko Ravazi ilə görüşdü - Foto

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 5-də Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə görüşüb.

AzərTac xəbər verir ki, nazir Canfranko Ravazi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayaraq onun ölkəmizlə Vatikan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsindəki fəaliyyətini yüksək qiymətləndirib. Canfranko Ravazi humanitar və mədəniyyət sahələrində dövlətlərimiz arasında həyata keçirilən layihələrin nadir xarakter daşıdığını bildirib. O, Roma katakombalarının, Vatikan Apostol Kitabxanasındakı bəzi nadir əlyazmaların bərpası və elektronlaşdırılması, həmçinin digər layihələrin icrası ilə bağlı Mehriban Əliyevanın göstərdiyi xidmətləri müsəlman ölkəsi olan Azərbaycan tərəfindən atılan mühüm tarixi addım kimi qiymətləndirib. Canfranko Ravazi ölkəmizdəki tolerantlığın və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfənin Müqəddəs Taxt-Tac tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Vatikan ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tac ilə bağlı bir sıra layihələrdə iştirakının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Qeyd etdi ki, bu layihələrin təkcə xristian dünyası üçün yox, bütün bəşəriyyət üçün xüsusi dəyəri var. Azərbaycanın birinci xanımı ölkəmizin bundan sonra da bu cür layihələrin icrasında iştirak etməyə sadiq qalacağını deyib.

Mehriban Əliyeva Canfranko Ravazini bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəvət edib.

Tarix
2015.03.05 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla