Yuxarı

ÜST-dən korona açıqlaması: Həddən artıq yüklənmə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası dünyanın bir çox ölkələrində səhiyyə sisteminin həddən artıq yüklənməsinə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martin 30-da Cenevrədə təşkil etdiyi brifinqdə təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyası bir çox ölkələrdə səhiyyə sistemində gərginliyə səbəb olub. Səhiyyə infrastrukturu, xəstəxana və tibbi heyətlə bağlı artan tələb bəzi səhiyyə sistemlərinin həddən çox yüklənməsinə gətirib çıxarır.

Qeyd edilib ki, infeksiya hallarının ən yüksək artımı indiyədək ABŞ, İtaliya və İspaniyada müşahidə olunur. Pasiyentlərin, ilk növbədə, nəfəsalma aparatları, dərman preparatları və tibbi maskalara ehtiyacı var. İnfeksiyaya yoluxmuş şəxslərin təcrid olunması üçün yeni xəstəxanalar tikilir və həkimlər gücləndirilmiş rejimdə işləməli olurlar.

ÜST rəhbəri, həmçinin koronavirusla mübarizəyə indiyədək 622 milyon ABŞ dolları həcmində yardım üçün dünya ictimaiyyətinə minnətdarlığını çatdırıb.

Tarix
2020.03.31 / 01:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla