Yuxarı

Müharibə gedir, vəziyyət çox ciddidir – Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah 24 saat ərzində intensiv işləyir. Martın 14-dən ölkədə xüsusi rejimin tətbiq edilməsi, martın 24-dən xüsusi karantin rejiminə keçilməsi və martın 29-dan etibarən qaydaların sərtləşdirilməsi görülən işlərin əhəmiyyətini və ciddiliyini bir daha göz önünə sərir. Xalqımız unutmamalıdır ki, bütün bu addımlar sağlamlığımızı qorumağa və virusa yoluxmaların qarşısını almağa yönəlib.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən qadağalar barədə danışarkən deyib. O bildirib ki, bu gün dünya ölkələri faktiki olaraq koronavirusla müharibə aparır:

“Bu müharibənin özəlliyi ondadır ki, ilk dəfədir bütün dünya ölkələri bir yerdə mübarizə aparır. Onu da deyim ki, bu müharibə heç bir beynəlxalq norma tanımır. Hazırda bütün ölkələrdə virusla mübarizə fonunda qabaqlayıcı tədbirlər görülür”.

Deputat qeyd edib ki, bu gün virusla mübarizədə xalq-dövlət vəhdəti, bərabərliyi çox önəmlidir:

“Yəni dövlət vətəndaşını qorumaq üçün qabaqlayıcı tədbirlər görürsə, vətəndaşların da buna riayət etməsi vacibdir. Bununla belə son zamanlar ölkədə virusa yoluxanların sayında artım müşahidə olunur. Bunun təbii və qeyri-təbii səbəbləri var. Təbii səbəbi budur ki, virus sürətlə yayılır və yayılma yolları çoxdur. Digər tərəfdən insanların qadağalara əməl etməməsi, yaxın təmasdan uzaq durmaması, kütləvi toplaşması virusun yayılmasına təkan verir. Vətəndaşların da virusla mübarizədə dövlətə dəstəyi çox önəmlidir”.

Elman Nəsirov bəzi ölkələrin koronavirusla mübarizədə Azərbaycan modelindən istifadə etdiklərini deyib:

“Hazırda İordaniya, Fələstin kimi ölkələr Azərbaycan modelini tətbiq edirlər. Çünki dövlətimiz dünya ölkələrinə nəzərən daha tez qabaqlayıcı tədbirlər gördü. İnkişaf etmiş Avropa ölkələrinə baxanda Azərbaycanda vəziyyət nisbətən yaxşıdır. Amma yenə də tədbirli olmaq, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etmək lazımdır”.

Tarix
2020.03.31 / 14:41
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla