Yuxarı

"Azəryolservis" tıxaclar haqda düşünməyə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azəryolservis" tıxaclar haqda düşünməyə başladı

Sumqayıt-Bakı və Bakı-Sumqayıt istiqamətində yaranan tıxacların aradan qaldırılması üçün tədbirlər davam etdirilir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Bakı-Quba yolunun 7-10-cu kilometr sahəsində tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görülür.

Onun sözlərinə görə, artıq Bakı-Quba yolunun 9-cu kilometrində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında dəmiryol üzərində mövcud yol ötürücünün yanında inşa olunan 4 aşırımlı yolötürücünün inşası başa çatdırılıb. Hazırda istinad divarları və yanaşma yolları inşa olunur.

P.Mürsəliyev bildirib ki, inşa olunan yanaşma yolları yol ötürücüsündən Beynəlxalq Avtovağzala, oradan isə Beynəlxalq Atıcılıq Federasiyasının bazasına qədər davam edəcək.

Bundan başqa, eyni zamanda Bakıdan-Sumqayıta gedən istiqamətdə - Biləcəri hissəsində yeni ötürücü inşa olunur. Yol ötürücüsünün yanaşma yolları yeni inşa olunan piyada keçidinə qədər davam edəcək. Onun yan hissəsində dairəvi hərəkət nəzərdə tutulur ki, bu da avtomobillərin istənilən istiqamətə hərəkətini təmin edəcək. Bununla da avtomobillərin normal hərəkəti təmin olunacaq. (Trend)

Tarix
2013.12.19 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla