Yuxarı

İlk olaraq 304 min vətəndaşa bu qədər veriləcək... - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əmək haqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı diqqətinizə təqdim edilir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Nazir bildirib ki, ikinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramıdır:

“Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib. Bu proqramlar fərqli auditoriyalara - işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir. Bu dövrdə qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əmək haqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur”.

Qeyd edək ki, M.Cabbarov bu işçilərə ayrılması nəzərdə tutulan dövlət dəstəyi haqda ötən gün məlumat vermiş, onlara orta aylıq əmək haqqının (712 manat) yarısının (356 manat) dövlət tərəfindən ödənəcəyini qeyd etmişdi.

Tarix
2020.03.31 / 23:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla