Yuxarı

Bakıdan başqa heç kimin buna hüququ yoxdur - Suver

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT, Avropa İttifaqı və ATƏT birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan mötəbər beynəlxalq təşkilatlardır. Təcavüzkar Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində qondarma seçkilər keçirməsinin heç bir hüquqi əsası yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında "dqr"də keçirilən "seçkilər"lə bağlı danışan “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib.

“Hazırda bütün dünya yeni növ koronovirusla mübarizə (COVİD-19) aparır. Rəsmi məlumatlara görə, bu gözəgörünməz bəla Ermənistanı da cənginə alıb. Belə bir şəraitdə öz xalqının sağlamlığının qorunması ilə bağlı tədbirlər görmək əvəzinə Azərbaycan ərazisində saxta “seçkilər” keçirmək siyasi əxlaqdan və mədəniyyətdən uzaq olmağın daha bir göstəricisidir. Sülhsevər dünya ictimaiyyəti yaxşı bilir ki, bu “seçkilər” heç bir hüquq normasını əks etdirmir. Ermənistanın Dağlıq Qarabağ regionunda mövcudluğu beynəlxalq konvensiyalara zidd olduğu üçün bu bölgədə Azərbaycandan başqa heç bir tərəfin seçki keçirmək hüququ yoxdur”, - Suver qeyd edib.

Artıq Avropa İttifaqının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat verərək, bu seçkiləri tanımadığını diqqətə çatdıran Vəqfin sədri əminliklə vurğulayıb ki, digər beynəlxalq təşkilatlar da eyni qərarlar qəbul edəcəklər.

Tarix
2020.04.01 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla