Yuxarı

Vəzifələr yalnız bu tip insanlara verildiyindən... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzifələr yalnız bu tip insanlara verildiyindən... – Millət vəkili

Prezidentin özünün və az sayda olan bəzi məmurların fəaliyyətini çıxmaqla, iqtidarın fəaliyyətini tam qənaətbəxş hesab etmək olmaz.

Axar.az xəbər verir ki, bu sözləri mediaya müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O, iqtidardakı bəzi şəxsləri təsnifatlandırıb:

“İqtidardakı bir qism şəxs siyasi vəzifələr tutsa da, heç nəyə qarışmır, ya bizneslə məşğul olur, böyük pullar qazanıb kiminləsə bölüşməklə işlərini bitmiş sayır. Digərləri rəhbərlik etdikləri sahələr ciddi tənqid olunsa da, cavab vermirlər. Düşünürlər ki, onların əvəzindən bunu başqası etməlidir. Başqa bir qisim insan isə başa düşür ki, iqtidarı tənqid və təhqir edənlərə qarşı ortaya açıq mövqe qoysa, qarşı tərəfdən onlara çirkab atılacaq, nüfuzlarına toxuna biləcək hücumlar təşkil ediləcək. Vəzifələr isə haqqında heç nə deyilməmiş insanlara verildiyindən, həmin qrup iqtidarın rəqibləri ilə qarşıdurmadan çəkinərək, hərdənbir hökuməti tərifləyib şəxsi əlaqələr vasitəsilə yüksək vəzifələr alırlar. Görürlər ki, "beşinci kolon"la mübarizə aparanlara yalnız savaş haqqı tanınır. Ona görə də Prezident, parlamentin ilk iclasında da qeyd etdiyi kimi, komandasının üzvlərinin danışmalı olduğu bəzi məsələlər barədə özü danışmalı olur”.

Tarix
2020.04.01 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla