Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
31 May 2020


Bakıdan İtaliyaya dəstək videosu yayıldı, cavab gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Media Mərkəzinin hazırladığı COVİD-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək video-çarxı İtaliyada böyük maraqla qarşılanıb.

Axar.az xəbər verir ki, İtaliyanın dövlət və ictimai təşkilatları, o cümlədən Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, çoxsaylı tanınmış siyasi simalar, kütləvi informasiya vasitələri, sadə vətəndaşlar Bakı Media Mərkəzinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin sosial media səhifələrində yaydıqları müvafiq video-çarxı paylaşaraq, öz şərhləri ilə Azərbaycanın İtaliya xalqı ilə bu çətin günlərdə həmrəyliyinə görə təşəkkür edir və bu diqqəti yüksək qiymətləndirirlər.

İtaliyanın nüfuzlu "Askanews" xəbər agentliyi bu video-çarx ilə bağlı xüsusi reportaj yayıb. Yazıda deyilir:

"Bakı ilə Roma arasında dostluq diplomatiya və iqtisadiyyatdan da uzaqlara gedir. Azərbaycan və İtaliya koronavirusa qarşı mübarizədə də birlikdədirlər və bir-birinə yaxındırlar. Bakı Media Mərkəzinin hazırladığı İtaliya xalqı ilə yaxınlığı və həmrəyliyi nümayiş etdirən video-çarxın da verdiyi ismarış budur. Bu video-çarx İtaliyaya Azərbaycanın hədiyyəsidir. İtaliyanın və Azərbaycanın bayraqlarının dalğalandığı günəşlər şəhəri Bakıda tenor Fərid Əliyev piano və skripkanın müşayiəti ilə Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyasını ifa edir. İtaliyanın bayrağı, "Milan", "Yuventus", "Roma" kimi məşhur futbol klublarının köynəkləri və Puççininin ariyası kimi İtaliyaya aid simvolların göstərildiyi video-çarxın sonunda “Günəş doğanda qalib gələcəyəm” kimi ümid çağırışı və Bakıdan İtaliyaya “İtaliya, güclü ol, Azərbaycan sizinlədir” ismarışı göndərilir”.

İtaliyanın çoxsaylı nüfuzlu kütləvi informasiya vasitələri, o cümlədən "İl Sole 24 Ore", "İl Tempo", "Libero Quotidiano", "Notizie Tiscali", "Quotidiano", "Virgilio", "Today.it", "Corriere dell’Umbria", "Corriere di Siena", "Corriere di Arezzo", "Corriere di Viterbo", "Corriere di Rieti" və sairləri də "Askanews" xəbər agentliyinin bu reportajını yayıblar.

Tanınmış "Agenzia Nova" xəbərlər agentliyi və “Notizie Geoplitiche” analitik-informasiya saytının isə bu video-çarx ilə bağlı dərc olunmuş məlumatlarında deyilir:

"Azərbaycan həftələrdir ki, ağır sanitar fövqəladə vəziyyətə cəsarətlə sinə gələn İtaliya xalqına Bakı Media Mərkəzinin hazırladığı video-çarx ilə həmrəylik və yaxınlıq nümayiş etdirir. Video-çarx ilə bağlı Azərbaycanın İtaliyadakı Səfirliyinin yaydığı məlumatda bildirilir ki, bu video-çarx Azərbaycan və İtaliyanın strateji tərəfdaşlıqla yanaşı, bir-birinə səmimi dostluq telləri ilə bağlandığını nümayiş etdirir və kadrlarda iki ölkənin bayraqlarının birlikdə dalğalanması da bunun simvolik sübutudur”.

İmola Oggi” qəzetinin “Azərbaycandan İtaliya xalqına təsirli həmrəylik videosu” başlıqlı məlumatında da bu video-çarx ilə Azərbaycanın İtaliya xalqına koronavirus epidemiyası ilə bağlı yaranmış çətin vəziyyətdə həmrəylik nümayiş etdirdiyi, “Nessun Dorma” ifa olunan, İtaliyanın məşhur futbol klublarının azarkeşləri olan könüllülərin iştirakı ilə Bakı Media Mərkəzinin hazırladığı bu təsirli videonun sonunda italyanca “Güclü ol, İtaliya, Azərbaycan sizinlədir!”, “Evdə qalın!”, “Hər şey yaxşı olacaq!” kəlmələrinin yazıldığı bildirilir.

Dərc olunmuş bütün məlumatlarda Bakı Media Mərkəzinin hazırladığı video-çarx yerləşdirilib.

Video-çarx ilə bağlı Bakı Media Mərkəzinin məlumatında bildirilir ki, bu videoçarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının, dost İtaliya xalqına dəstəyi ifadə olunur. İzləyicilərə, skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri - Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayiəti ilə hazırlanan videonun sonunda italyan dilində “İtaliya, güclü ol, Azərbaycan sizinlədir!”, “Evdə qalın!”, “Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur. Məlumat üçün bildirək ki, video-çarx Azərbaycanda “COVID-19” virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.

Tarix
2020.04.01 / 21:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Markaryana vəkillik edən azərbaycanlı siyasilər...

Karantin rejimi uzadıldı

Paşayeva İLESAM-ın virtual konfransında...

Meksika mediası: Azərbaycan iri addımlarla irəliləyir...

Gürcü-azərbaycanlı qarşıdurması barədə - Bəyanat

Qurgeni ona görə öldürdüm - Səfərovun tarixi çıxışı

Sosial şəbəkələrə əl qoyulur: sui-istifadə dövrü bitəcək?

Trampın qərarı Bakıda da müzakirə edilsin - Deputat

Şuşa təxribatının nəticəsi... – ATƏT PA vitse-prezidenti

Prezident bu sözü təsadüfən demədi: Hərbi variant… - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla