Yuxarı

Əvvəl müştəri uğrunda mübarizə aparırdıq, indi isə... – Bank sədri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əvvəl müştəri uğrunda mübarizə aparırdıq, indi isə... – Bank sədri

İqtisadiyyatın bütün sahələri kimi bank sektoru da asan olmayan şəraitdə işləməli və müştəriləri dəstəkləmək üçün müəyyən addımlar atmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Ağayev deyib.

O bildirib ki, hazırda bank filialları tam iş rejimi ilə, bütün təhlükəsizlik qaydalarına əməl etməklə müştərilərə xidmət göstərir:

“Kommersiya bankları əlindən gələni edir ki, bu asan olmayan zamanda müştərilərin bank əməliyyatlarını asanlaşdıraraq, onların tələbatlarını ödəsinlər. Əgər 1-2 ay əvvəlki dövrə qədər banklar yeni müştərilər cəlb etmək uğrunda “mübarizə” aparırdılarsa, hazırda banklar mövcud müştərilərin dəstəklənməsi, sahibkarlara endirim və güzəştlərin təqdim edilməsi, müştərilərin banka fiziki müraciətlərinin sayının azaldılması istiqamətində fəaliyyət göstərir”.

R.Ağayev qeyd edib ki, hazırda yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır. Həmçinin, təqaüd kartlarının vaxtı bitmiş mövcud müştərilərin kartlarının istifadə müddəti növbəti 3 aya uzadılıb.

Tarix
2020.04.02 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla