Yuxarı

Biz elə bir düşmənlə üz-üzəyik ki... – Şeyx

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bacardıqca mərhəmətli olmalıyıq. Bir-birimizə laqeyd qalmamalıyıq. Yaşlılara, qocalara, imkansız insanlara yardım etməliyik. Bu işləri evdən çıxmadan da etmək mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib. O bildirib ki, bu gün üzləşdiyimiz bu virus bütün insanlığın ortaq mübarizə etdiyi bir düşməndir:

“Həqiqətən də bu gün biz elə bir düşmənlə üz-üzəyik ki, o düşmənlə birgə mübarizə aparmalı, müqavimət göstərməliyik. Bu gün bizdən çox şey tələb olunur. Əvvəllər müharibələr səngərlərdə aparılardı. Bu virus sərhəd tanımır və hər kəsin müharibəsidir. Hər kəs mübarizə aparmalıdır”.

Şeyx insanları evlərində qalmağa çağırıb:

“Bu mübarizədə birinci növbədə hər kəs evdə qalmalıdır. İnsanlar evlərində qalaraq dini ibadətlərini yerinə yetirə, elmlə məşğul ola bilər. Hazırkı vəziyyət imkan yaradır ki, valideynlər övladları ilə birgə vaxt keçirib, onara yeni şeylər öyrətsin. Şəxsən mən özüm neçə gündür evdəyəm və öz ailəmlə birlikdə vaxt keçirirəm. Normal zamanda görə bilmədiyim işlərimi evdən görürəm”.

Tarix
2020.04.04 / 17:34
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla