Yuxarı

Özünü ciddi adam sayan biri belə danışa bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəyyən istisnalarla insanlar onların azadlıqlarının məhdudlaşdırılmasını anlayışla qarşılayırlar. Çünki qəbul edirlər ki, bu onların yaşamaları üçün vacibdir. Deputat həmkarımız Zahid Oruc zarafatla deyir ki, "Evdə qal!" şüarı "Çalış, ölmə!" şüarı ilə əvəz olunsaydı, daha cəlbedici və təsirli olardı.

Axar.az xəbər verir ki, bu sözləri Moderator.az-a müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

“Qəbul olunmuş qərarlara ciddi əməl olunmasının zəruriliyi barədə həm Prezidentin, həm Mehriban xanımın xalqa səmimi və çox təsirli müraciətləri oldu. İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər. Qeyd etdiyim istisnalar isə onunla bağlıdır ki, bəzi insanlar bu virusun çox da təhlükəli olmaması və siyasi məqsədlərlə ortaya atılması barədə internet üzərindən aparılan təxribat xarekterli təbliğatın təsiri altına düşürlər. Bəziləri isə təxribatçı çıxışları ilə insanların şüuraltına təsir etməklə onları arxayın salmağa və təhlükəni ciddi qəbul etməməyə sövq edirlər.

Bir fakt göstərim. Bir-iki gün bundan əvvəl patiyamızın funksionerlərindən biri Əli Kərimlinin Yutub üzərindən yayımlanmış çıxışının kiçik bir parçasını mənə göndərdi. Çıxışın həmin hissəsinə qulaq asandan sonra fikirləşdim ki, xalqının mənafeləri üçün mübarizə apardığını bəyan edən, özünü ciddi adam sayan birisi necə belə danışa bilər?! Bu adam hökumətin epidemiyaya qarşı apardığı mübarizəyə kölgə salmaq məqsədilə öz cılız siyasi maraqları naminə bəyan edir ki, bəzi mütəxəssislərin təsdiqini tapmamış mülahizələrinə görə, ola bilsin, bizdə epidemiya ona görə geniş yayılmır ki, bizim insanlar vərəm əleyhinə peyvənd olunublar. Fikirlərinin təsdiqi kimi keçmiş sovet respublikalarında da epidemiyanın geniş yayılmamasını misal çəkir. Sonra da özünə müdafiə qurmaq üçün deyir ki, mən də sərt tədbirlərin tərəfdarıyam.

Bu cür təxribatçılar ifşa olunmalıdır. Əgər sən sərt qərarların tərəfdarısansa, elmi cəhətdən təsdiqini tapmamış fikirləri niyə yayıb insanları epidemiyaya ciddi yanaşmamağa sövq edirsən? Çünki bu adam fikirləşir ki, epidemiya iqtisadiyyata ciddi ziyan vurmaqla sosial gərginliyi artıracaq və ona siyasi ambisiyalarını gerçəkləşdirməyə imkan yaradacaqdır. İnsanların həyatına son qoyan, onların rahatlığını əlindən almış bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi sadəcə rəzalətdir. Ona görə xalqımız nəzərə almalıdır ki, hökumətin məhdudiyyətlərin tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsaslanır və həyati əhəmiyyətlidir”, - millət vəkili deyib.

Tarix
2020.04.04 / 17:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla