Yuxarı

SMS icazəsi ilə bağlı növbəti açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi icazə sistemi ASAN Xidmət tərəfindən icra olunacaq. Bu xidmətə qəbul olunan SMS-lərin cavablandırılması bilavasitə Elektron Hökumət Portalı vasitəsi ilə həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. O qeyd edib ki, eyni zamanda, bu sistemdə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə olacaq:

“Yəni vətəndaş SMS göndərdikdən sonra müəyyən bir müddət gözləməlidir. Bir saatdan gec olmayaraq cavab veriləcək. Cavab göndərildikdən sonra artıq həmin məlumatlar DİN-in sisteminə də daxil ediləcək. Vətəndaşlar göndərdiyi SMS-dən yalnız müsbət cavab aldıqdan sonra evdən çıxa bilərlər.

Banka, poçta, mağazaya getmək üçün 2 saat nəzərdə tutulub. Güman edirik ki, bu vaxt da vətəndaşa bəs edəcək. Əgər küçədə polis əməkdaşları yaxınlaşıb, onu yoxlamaq istəsə, buna riayət etmək lazımdır. Polislərin əlində xüsusi qurğularda bilavasitə icazə verilmiş şəxslərin şəxsiyyət vəsiqəsinin nömrəsi göstəriləcək. Vətəndaş da öz şəxsiyyət vəsiqəsini polisə təqdim etməklə bu icazəyə malik olduğunu bildirəcək. Daha sonra asan şəkildə yoluna davam edəcək”.

Tarix
2020.04.04 / 20:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla