Yuxarı

Ölkəmizdə bu sahəyə 280 milyon ayrılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprel ayında Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) veriləcək 500 milyon manat məbləğində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) əlavə 20 milyon manat ayrılacaq.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Həmçinin güzəştli ipoteka kreditlərinin verilməsi üçün by ay İKZF-yə əlavə 90 milyon manatın ayrılması nəzərdə tutulub.

Aprel-may aylarında isə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna əlavə 50 milyon manat, il ərzində həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi üçün isə 280 milyon manat ayrılacaq.

Tarix
2020.04.04 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla