Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
30 May 2020


Sahibkarların diqqətinə: Koordinasiya Şurası yaradılır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstəkləyən və dövlət tərəfindən yaradılmış bütün maliyyə və təşviq institutları və fondlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Planda həmçinin dövlətin yaratdığı maliyyə-təşviq institutlarının və fondlarının fəaliyyəti sahəsində aşağıdakı istiqamətlərdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi qeyd olunub:

- İqtisadiyyat Nazilriyi yanında Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi, o cümlədən daşınar əmlakın girovu əsasında kreditlərin verilməsi, zəruri tibbi ləvazimat və avadanlıqların istehsalçılarına güzəştli kreditlərin ayrılması, uzunmüddətli investisiya tələb edən sahələr üzrə kiçik və orta həcmli kreditlər üçün kredit müddətinin artırılması;

- İpoteka və Kredit Zəmanət Fondunun kredit faizlərini subsidiyalaşdırması və kredit zəmanəti alətlərini təkmilləşdirməsi, o cümlədən bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddinin artırılması, zəmanət üzrə xidmət haqlarının, müvafiq cərimələrin və digər məhdudiyyətlərin ləğv edilməsi, faiz subsidiyası verilən kreditlərin illik faiz dərəcəsinin azaldılması, zəmanət ödənişlərinə həddin artırılması və zəmanətlərə tətbiq olunan komissiyaların azaldılması.

Tarix
2020.04.04 / 21:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ramilin işində erməni izi: nələr ediblər? - Şirinov açıqlayır

Məhkəmə Ramillə bağlı bu səhvi etdi - Cəfəroğlu

Ramil Səfərov Markaryanı necə öldürüb? – Faktlar

Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

AB Əsəd rejiminə qarşı sanksiyanı uzatdı

Bu, bəri başdan qurulmuş təxribat idi - Prezident

Söz vermişdim ki, beş il ərzində... - İlham Əliyev

Nə üçün AXC süqut etdi? - Prezident

Tiflis qülləsi Bayrağımızın rəngləri ilə işıqlandırıldı

ABŞ qubernatorundan türk diplomatın qatili ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla