Yuxarı

Əhalinin diqqətinə: Küçəyə çıxmaq tam qadağan olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhalinin diqqətinə: Küçəyə çıxmaq tam qadağan olundu

Bu gündən etibarən əhalinin küçəyə çıxması tam qadağan olunub.

Axar.az xəbər verir ki, bu gündən Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi qərar qüvvəyə minir.

Aprelin 20-dək vətəndaşlar yalnız bu hallarda evdən çıxa bilərlər:

- Təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

- Ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

- Yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız SMS-ə cavab gəldikdən və icazə verildikdən sonra evdən çıxmaq olar.

İcazənin müddəti iki saatdır.

Həyati əhəmiyyətli qurumlarda çalışanlara isə qadağa tətbiq edilməyib. Bu qurumların siyahısı BURADA.

Qeyd. Baş nazirin imzaladığı digər qərarla, fasiləsiz işləyən qurumların siyahısına əlavələr edilib. Əlavələr BU LİNKdə.

Tarix
2020.04.05 / 00:00
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla