Yuxarı

“Təcili” korona xəbəri yayıldı – Nazirlikdən reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Təcili” korona xəbəri yayıldı – Nazirlikdən reaksiya

Koronavirus pandemiyası ilə bağlı “Təcili” başlığı altında sosial şəbəkələrdə növbəti şayiə yayılıb.

Axar.az xəbər verir ki, Votsap mesencerinə bir-birinin ardınca müxtəlif ünvanlardan göndərilən mesajlarda insanlara evə gələn həkimlərə qapı açmamaq, onların “peyvənd vurmasına” etiraz etmək, “yanındakı polisə” inanmamaq və imtina məktubu yazmaq tələb edilir. Səbəb də o göstərilir ki, guya peyvənd adı ilə insanları virusa yoluxdurmaq istəyirlər.

Maraqlı odur ki, bu mesajları sürətlə yayanlar, deyəsən, hələ koronavirusun peyvəndinin tapılmadığını unudublar.

Buna baxmayaraq, bu tip mesajlar təşvişə də səbəb olub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat katibi Günel Gözəlova bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq son günlər insanların internetdən istifadəsi artıb:

“Hazırda hakerlər bu fürsətdən yararlanmağa çalışırlar. Saxta fişinq hücumları, saxta domenlərlə kampaniya və ianə adıyla insanları aldatmağa çalışırlar. Bu da o tip şayiə və dezinformasiyalardan biridir. Təşviş yaratmaqla nəyəsə nail olmaq istəyirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşların mənbəyi dəqiqləşdirilməmiş bu tipli məlumatlara əhəmiyyət verməməyə, son dərəcə diqqətli olmağa çağırır. Vətəndaşlara bu cür hallarla rastlaşdıqda nazirliyin çağrı mərkəzinə, sosial media hesablarına məlumat vermələrini xahiş edirik”.

G.Gözəlova qeyd edib ki, məsələ ilə bağlı nazirliyin Elektron Təhlükəsizlik bölməsi araşdırma aparacaq.

Tarix
2020.04.05 / 00:56
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla