Yuxarı

Zəlimxan İbrahimov koronadan dünyasını dəyişdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləş üzrə yığmasının baş məşqçisi Zəlimxan Hüseynovun koronavirusdan dünyasını dəyişdiyi haqda yanlış xəbər yayılıb.

Axar.az xəbər verir ki, bu yanlışlığa səbəb Ukraynadakı Qafqaz Xalqları Konsresinin rəhbəri Paşa Məmmədovun idmançı dostu Zəlimxanın koronavirusdan rəhmətə getdiyi barədə məlumat paylaşması olub.

“Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım koronavirusdan komaya düşərək vəfat etdi. Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlar təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı”, - deyə P.Məmmədov qeyd edib.

Bunun ardınca isə sosial şəbəkə istifadəçiləri dünyasını dəyişən idmançının sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Zəlimxan Hüseynov olduğunu düşünüblər və bu yöndə paylaşım ediblər.

Məlumatı dəqiqləşdirmək üçün P.Məmmədovla əlaqə saxladıqda isə o, saytımıza bildirdi ki, statusu yanlış anlaşılıb:

"Koronavurisdan dünyasını dəyişən şəxs Zəlimxan Hüseynov deyil, İbrahimovdur. O, bir çox məşhur insanın təhlükəsizlik xidmətinə rəhbərlik edib. Avropada təhlükəsizliklə bağlı tanınmış mütəxəssis, xüsusi peşəkar, titullu idmançı idi. Çeçen əsilli idi. Allah rəhmət eləsin!"

Tarix
2020.04.06 / 01:40
Müəllif
Rəfiqə, Kamran
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla