Yuxarı

Qanuna düzəliş təklif edildi: Bu şəxslər üçün cəza...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanuna düzəliş təklif edildi: Bu şəxslər üçün cəza...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə COVİD-19 virusunun yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin effektivliyinə zərbə vurmaq məqsədi daşıyan hərəkətlərin qanunvericilik çərçivəsində məhdudlaşdırılması üçün təklif verib.

Axar.az-ın BAXCP-nin mətbuat xidmətinə istinadla məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyevin təklifində qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVİD-19 virusuna qarşı dünyada pandemiya elan olunmasına baxmayaraq, bəzi tibb işçiləri də daxil olmaqla bir qrup şəxs tərəfindən koronavirusun təhlükəliliyi barədə məlumatların müəyyən siyasi məqsədlər naminə şişirdildiyinə dair müxtəlif səpkili məlumatlar yayılır.

“Bu tip məlumatlar vətəndaşların, onların həyatı və sağlamlığı üçün müvafiq dövlət orqanları tərəfindən tətbiq olunmuş məhdudiyyətlərə etimadını sarsıtmaqla, ciddi psixoloji gərginliyə səbəb olur, insanların marifləndiriməsi və məlumatlandırılması istiqamətində dövlətin informasiya siyasətinə ciddi ziyan vurmaqla epidemiyaya qarşı mübarizəni xeyli çətinləşdirir. Ona görə də təklif edirəm ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunun “İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması” adlanan 13-2.3.10-1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
- “Epidemiya elan olunmasına səbəb olmuş yoluxucu xəstəliyin insanların həyat və sağlamlığı üçün böyük təhlükə yaratmaması, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminaylı obyektlərin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyeklərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar”.
Bu cür informasiya yayanlar İnzibati Xətalar Məcəlləsinin “İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə bir informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması” adlanan 388-1 ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunsunlar”, - millət vəkilinin təklifində qeyd edilib.

Tarix
2020.04.07 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla