Yuxarı

Qebreyesusdan İlham Əliyevə etiraf: Bunun şahidi oldum

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qebreyesusdan İlham Əliyevə etiraf: Bunun şahidi oldum

Hörmətli Prezident İlham Əliyev, mən Azərbaycanda olarkən həqiqətən sizin öz işinizə sədaqətinizin şahidi oldum. Fürsətdən istifadə edib bunu etiraf etmək istərdim. Mənim səfərim müddətində mənə göstərdiyiniz qonaqpərvərliyə görə sağ olun.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşünə Cenevrədən qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“COVİD-19 virusu həqiqətən qlobal miqyasda yayılıb. Siz və Sizin Şura bizimlə sıx əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq xəstəxanaların imkanları, humanitar yardım, testlər, elmi, texniki biliklərin mübadiləsi, tibbi və texniki dəstək məsələlərini əhatə edir. Bu, sərhədaşırı əməkdaşlıq nümunəsidir. Pandemiyaya qarşı səmərəli mübarizə aparmaq üçün bizə bu lazımdır”, - deyə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru qeyd edib.

Tarix
2020.04.10 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla