Yuxarı

“Ərdoğanla Fətullah Gülən arasında mübarizə gedir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ərdoğanla Fətullah Gülən arasında mübarizə gedir”

"Türkiyədə Ərdoğanla Fətullah Gülən arasında dava gedir".

Bu sözləri Qafqaz Universitetinin müəllimi və siyasi təhlilçi Fərhad Mehdiyev Türkiyədə baş verən qalmaqallı əməliyyatlarla bağlı "Axar.az"a danışarkən dedi.

Türkiyədə baş verən olayları şərh edən siyasətşünas bildirdi ki, açılan cinayət işlərinin siyasi tərəfi də var:

"Türkiyədə Ərdoğan höküməti ilə Fətullah Gülən qruplaşması arasında mübarizə gedir. Bu ondan irəli gəlir ki, Ərdoğan Nur camaatını özünə tabe etdirmək istəyir. Görünən odur ki, bu əməliyyatlara uzun zamandır başlanılıb və gizlin saxlanılıb. Türkiyədə Milli İstihbarat Təşkilatı ilə yanaşı həm də polis istihbarat təşkilatı var. Bu qurumun bütün işləri məxfi saxlanılır və Daxili İşlər Nazirliyinin o qurumun həyata keçirdiyi əməliyyat barədə məlumatsız olmasında qeyri-adi heç nə yoxdur. Onların nə iş gördüklərini təkcə özlərindən bir qat üstdəki qurum bilir. Bundan əlavə aparılan əməliyyatların Daxili İşlər nazirindən xəbərsiz olması da normal bir haldır. Əgər nazirə məruzə edilmirsə, onun hardan xəbəri ola bilər ki? Qanuna görə də, "bütün əməliyyatlar nazirə məruzə edilmədir" deyə bir şey yoxdur. Bu, həm də onunla bağlı olub ki, həbs ediləcək olanların arasında nazirin də oğlu var idi".

Fərhad Mehdiyev Türkiyədə açılan cinayət işlərində adı hallanan azərbaycanlılarla bağlı məsələni də şərh etdi:

"Hazırda istintaq gedir, biz o şəxslərdən kimin müqəssir və ya kiminsə cinayətkar olması barədə danışa bilmərik. Bəlkə elə onları da həbsdən açıb buraxacaqlar? Ancaq Azərbaycan dövləti bununla bağlı istintaqa yardım etməyi təklif edə bilər. Ancaq inanmıram ki, Türkiyə hökuməti bu təklifi qəbul etsin. Çünki bu proses Türkiyə prokurorluq orqanlarının özünün məşğul olduğu bir məsələdir və başqa dövlət orqanlarının bu işə qarışmasını istəməz".

Tarix
2013.12.19 / 15:20
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla